Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polis yeni tədris ilində şagirdlərin təhlükəsiz hərəkətinin təmini məqsədilə tədbirlər həyata keçirir

21 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polis yeni tədris ilində şagirdlərin təhlükəsiz hərəkətinin təmini məqsədilə tədbirlər həyata keçirir

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar yollarda hərəkətinin təhlükəsizliyinin təmini istiqamətində keçirilən tədbirlərin daha da gücləndirilməsi məqsədilə polis profilaktiki işləri davam etdirir.

Məktəblilərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması, azyaşlıların həyat və sağlamlıqlarının qorunması polisin qarşısında duran əsas vəzifələrdəndir.

Bu istiqamətdə görülən tədbirlər çərçivəsində Biləsuvar RPŞ-nin dövlət yol polisi bölməsi və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən şəhər əraisindəki bütün küçə və prospektlərdə hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülür. Bura piyada keçidlərində və yol nişanlarında cizgilənmə işlərinin aparılması, yenilərinin çəkilməsi və digər işlər daxildir.

Oxşar xəbərlər
OTACI