First slide

Azərbaycanda bütün növ sementlərə dair yeni dövlət standartları təsdiqlənib

21 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda istehsal olunan bütün növ sementlərin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə AZS EN 197-1:2021 “Sement - Hissə 1: Ümumi təyinatlı sementlərin tərkibi, texniki tələblər və uyğunluq meyarları”, AZS EN 197-2:2021 “Sement - Hissə 2: Keyfiyyət göstəricilərinin sabitliyinin qiymətləndirilməsi və yoxlanılması”, AZS ГОСТ 30515-2021 “Sementlər. Ümumi texniki şərtlər” dövlət standartları qəbul edilib.

Press.az bu barədə a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, standartları Tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu təsdiqləyib, daha sonra onlar Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartlar ümumi təyinatlı sementlərin tərkibini, texniki tələblər və uyğunluq meyarlarını, termin və tərifləri, təhlükəsizlik tələblərini, sementin keyfiyyətinin yoxlanması üçün nümunələrin götürülməsinə dair tələbləri, qəbul qaydalarını, sınaq üsullarını, nəqletmə və saxlanmaya dair tələbləri müəyyən edir.

Oxşar xəbərlər
OTACI
OTACI