Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Taliban” ABŞ-ı məsuliyyətə cəlb etməyə çağırıb

21 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatının mətbuat katibi Zabiulla Mücahid ötən illər baş verən hadisələrə görə ABŞ-ı məsuliyyətə cəlb etməyə çağırıb.

Press.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Çin mətbuatına müsahibəsində ABŞ-ın avqustun 29-da Əfqanıstanın paytaxtı Kabilə 10 dinc sakinin, o cümlədən 7 uşağın ölümü ilə nəticələnən hava zərbəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, ABŞ-ın dinc sakinlərin ölümü ilə nəticələnən ilk hərəkəti deyil.

"Budur, ABŞ artıq 20 ildir Əfqanıstanda dinc vətəndaşları öldürür", - “taliblər”in nümayəndəsi deyib.

Mücahid qeyd edib ki, belə hadisələr humanitar fəlakətə gətirib çıxarır.

"ABŞ ötən illərdə baş verən hadisələrə görə məsuliyyətə cəlb edilməlidir. Onlar qətl və təzyiqin əvəzini vermək üçün, əfqan xalqı ilə əməkdaşlığa başlamalıdır", - mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, ABŞ hərbçilərinin avqustun 29-da Kabilə endirdiyi hava zərbəsi nəticəsində 10 dinc sakin həlak olub.

Oxşar xəbərlər
OTACI