First slide

Messi ilə Poçettino arasında qalmaqal - Əl uzatmadı - Video - FOTOLAR

20 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

PSJ-nin futbolçusu Lionel Messi Fransa çempionatının 6-cı turunda "Lion"la matçda (2:1) əvəzləndikdən sonra baş məşqçi Maurisio Poçettinonun əlini sıxmayıb.

Press.az xəbər verir ki, 76-cı dəqiqədə Aşraf Hakimi ilə əvəzlənən argentinalı hücumçu mütəxəssinin əlini sıxmaqdan imtina edərək birbaşa ehtiyat oyunçular skamyasına gedib.

Görüşdən sonra Poçettino Messini niyə əvəzlədiyi və 34 yaşlı oyunçunun hərəkəti haqda danışıb: "Messini zədədən qorumaq üçün bu addımı atmaq qərarına gəldik. Qarşıda vacib oyunlar var və onun yaxşı olacağına əmin olmalıyıq. Komanda naminə belə qərarlar veririk. Hamı bilir ki, əla futbolçularımız var, buna görə də hər zaman məsuliyyət daşıyırıq.

Messinin əvəzlənmədən narazılığı? Komanda və hər bir oyunçu üçün nəyin daha yaxşı olduğunu nəzərə alaraq, matç günü və  oyunun gedişatında seçim etməliyik.

Bəzən qərarlar düzgün olur, bəzən də olmur, amma məşqçinin etməli olduğu şey qərarları verməkdir. Bəzilərinin xoşuna gələ bilər, bəzilərinin yox. Lionellə artıq danışmışam və dedi ki,hər şey yaxşıdır, heç bir problem yoxdur".

 

Oxşar xəbərlər
OTACI
OTACI