Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağciyərlərdə yaranan buzlu şüşənin ən effektli müalicəsi... - Tanınmış həkim AÇIQLADI

20 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"COVID-19 getdikcə zəifləyir".

Press.az XəzərXəbər-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev deyib. O, insanların pandemiyaya qalib gələcəyini qeyd edib.

"Müalicə həkimi olmamağıma baxmayaraq, son həftələrdə yoluxub mənə müraciət edənlər arasında şəkərli diabet və hipertoniya xəstələri daxil olmaqla, antibiotik və digər lazımsız dərman preparatlarının qəbul edilməsindən çəkindirdiyim bütün xəstələr yaxşılaşıb. Digər ağırlaşan xəstələr hamısı peyvənd etməyənlər və vaxtından əvvəl lazımsız dərman preparatları qəbul edənlərdir!".

A.Əliyev həmçinin bildirib ki, COVİD-19 xəstəliyi zamanı KT-də (Kompüter tomoqrafiyası) və rentgendə görünən buzlu şüşə mənzərəsi və kölgəliklər virxov triadası nəticəsində yaranan trombozun nəticəsidir:

"Koronavirus zamanı ağciyərlərdə yaranan buzlu şüşə mənzərəsinin ən effektli müalicəsi antikoaqulyantların tətbiqidir. Antiviral və antibiotiklərin müsbət təsiri dəqiq sübut edilməyib və qaraciyərə toksiki təsir edərək virusla mübarizəni əksinə çətinləşdirir".

Oxşar xəbərlər
OTACI