Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İspaniyada vulkan püskürdü, baş nazir ABŞ-a səfərini təxirə saldı

19 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniyanın Kanar arxipelaqına daxil olan Palma adasında (Atlantik okeanı) Palma adasında vulkan püskürməsi başlayıb.

Press.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, adanın Kumbre-Vyexa vulkan silsiləsindəki nöqtələrdən birində qara və ağ tüstü müşahidə edilir.

İspaniyanın baş naziri Pedro Sançes Palma adasında vulkan püskürməsi səbəbindən ABŞ-a səfərini təxirə salıb. Bildirilib ki, baş nazir bu gecə Kanar Adalarına gedəcək.

85 minədək insanın yaşadığı adada son günlər seysmoloji aktivlik güclənib, təxminən bir həftə boyu yüzlərlə aşağı maqnitudalı zəlzələlər qeydə alınıb.

Hakimiyyət orqanları ehtiyat tədbirləri qismində episentrə yaxın ərazidəki kəndlərdən kiçik mobil qrupların təxliyyəsinə başlayıb. Təcili xidmətlər lazım gəldiyi təqdirdə minədək insanı təxliyyə etməyə hazır olmaq tapşırığı alıb.

Adada təhlükə səviyyəsi sarıdan narıncıya qaldırılıb, regional yollar bağlanıb.

Oxşar xəbərlər
OTACI