Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Amerikalı politoloq: “BMT Qarabağ məsələsinin həllində istəksizlik göstərdi”

19 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Prezident Administrasiyası Kommunikasiya İdarəsində “COVID-19 sonrası təhlükəsizliyin yenidən inşası və ümidin bərpası: Türkiyənin beynəlxalq düzənə baxış bucağı” adlı tədbir keçirilib.

Press.az xəbər verir ki, tədbirə qatılan Duqlas və Sara Allison Xarici Siyasət Mərkəzinin rəhbəri Lyuk Cofi tədbirdəki çıxışında Qarabağ məsələsinə də toxunub.

“Yalnız bir il öncəki Qarabağ savaşına baxa bilərik. Bu müharibədə Azərbaycan münaqişənin BMT və ATƏT tərəfindən təxminən 30 il ərzində uğursuz nizamlanmasından sonra 90-cı illərdə qəbul edilmiş dörd BMT qətnaməsini özü icra etməyə məcbur qaldı. BMT bu məsələnin həllində tam olaraq istəksizlik və könülsüzlük nümayiş etdirdi”, - deyə amerikalı politoloq bəyan edib.

O, buna səbəb kimi təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvləri arasındakı ziddiyyətləri göstərib.

Oxşar xəbərlər
OTACI