Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mahir Polşa çempionatında ilk qolunu vurdu

19 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Millimizin hücumçusu Mahir Emrelinin komandası "Legiya" bu gün növbəti oyununa çıxıb.

Press.az xəbər verir ki, Varşava təmsilçisi Polşa çempionatının 8-ci turunda "Qurnik"i qəbul edib. Görüş "Legiya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir matçın 46-cı dəqiqəsində meydan daxil olub. O, 79-cu dəqiqədə komandasının 3-cü qolunu vurub. Bu, Emrelinin Polşa çempionatında ilk qoludur. 24 yaşlı hücumçu buna qədər Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa superkubokunda 1 qol vurmağı bacarsa da, çempionatda rəqib qapılarına yol tapa bilməmişdi.

"Legiya"  bu nəticədən sonra 9 xalla 12-ci pillədə qərarlaşıb.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI