Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli Məclisin nümayəndələri Rusiya Dumasına seçkiləri müşahidə ediblər

19 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndələri sentyabrın 16-dan 20-dək Rusiya Federasiyasında Dövlət Dumasına keçirilən seçkiləri müşahidə ediblər.

Bu barədə Report-un Rusiya bürosuna Dövlət Dumasına seçkilərdə müşahidə missiyanı yerinə yetirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Dumanın nümayəndələri ilə görüşlər keçirilib: "Rusiya hökuməti tərəfindən seçki prosesini videokameralarla müşahidə etmək imkanı verilib. Bu sistem təkcə Moskvada, həm də Moskva vilayətində yayılıb. Bundan başqa, bizim müşahidə missiyamıza seçki məntəqələrində prosesi izləmə də daxildir".

Seçkilər zamanı hər hansı pozuntuların olub-olmamasına gəlincə, N.Səfərov qeyd edib ki, bu barədə yalnız seçki günlərinin başa çatmasından sonra danışmaq olar. Azərbaycanlı müşahidəçilərin missiyasının bütün nəticələri yaxın vaxtlarda Rusiya qanunvericiliyinə uyğun olaraq təqdim ediləcək.

Oxşar xəbərlər
OTACI