Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qəbələ"dən 6-cı “qol yağışı”

19 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Premyer Liqasının 4-cü turunda “Səbail”i qəbul edən “Qəbələ” 5:0 hesabı ilə qalib gəlib.

Press.az xəbər verir ki, bu, cari mövsümün startında ən böyükhesablı qələbədir. “Qırmızı-qaralar” isə tarixində 6-cı dəfə Premyer Liqa görüşündə beş top və ya daha böyük fərqlə qalib gəlib.

Sonuncu belə “qol yağışı” 2019/20 mövsümünə təsadüf edib. 560 gün əvvəl “Qəbələ” “Sumqayıt”la ev qarşılaşmasında 5 cavabsız qol vurub.

Ümumiyyətlə, ən azı 5 top fərqinin qeydə alındığı 6 qələbədən üçü evdə, üçü səfərdə gerçəkləşib. 

“Qəbələ”nin Premyer Liqada 5 və ya daha çox top fərqilə qalib gəldiyi matçlar:

11.11.2007. Premyer Liqa. "Gənclərbirliyi" (Sumqayıt) - "Qəbələ" - 0:6

04.10.2015. Premyer Liqa. "Qəbələ" - "Xəzər Lənkəran" - 6:0

10.09.2016. Premyer Liqa. "Neftçi" (Bakı) - "Qəbələ" - 0:8

25.11.2017. Premyer Liqa. "Kəpəz" (Gəncə) - "Qəbələ "- 1:6

07.03.2020. Premyer Liqa. "Qəbələ" - "Sumqayıt" - 5:0

18.09.2021. Premyer Liqa. "Qəbələ" - "Səbail" – 5:0

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI