Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabirabadın ucqar kəndində yeni inşa edilən məktəb binasının açılışı olub FOTO

19 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabirabadın ucqar kəndində yeni məktəb binası istifadəyə verilib.

Press.az xəbər verir ki, açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Sabirabad Rayon İcra Hakimiyyəti və rayon Təhsil şöbəsinin əməkdaşları iştirak ediblər. Bildirilib ki, Sabirabad rayonunun Türkədi kəndinin şagirdləri də dərs ilinə yeni inşa olunan məktəb binasında başlayacaqlar.

Diqqətə çatdırılıb ki, 264 şagird yerlik kənd tam orta məktəbi iki mərtəbədən və 4 korpusdan ibarətdir. Burada 11 sinif otağı fəaliyyət göstərəcək. Eyni zamanda, əyani vəsaitlərlə təmin edilmiş kimya, fizika, biologiya, informatika otağı, hərbi fənn kabinəsi, qızlar və oğlanlar üçün texnologiya otaqları da müəllim və şagirdlərin istifadəsində olacaq. Bundan əlavə, yeni məktəb binasında idman zalı, 90 yerlik akt zalı, 56 yerlik yeməkxana fəaliyyət göstərəcək. Ümumiyyətlə, Türkədi kənd tam orta məktəbinin uzun illərdən sonra əsaslı şəkildə yenilənməsi yeni dərs ilindən tədrisin keyfiyyətinin artırılmasında böyük rolu olacaq.

Oxşar xəbərlər
OTACI