Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Namiq bu dəfə penalti qazandırdı - Yenilənib

19 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Millimizin hücumçusu Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" bu gün Türkiyə 1-ci liqasında növbəti matçına çıxıb.

Press.az xəbər verir ki, 6-cı turda komanda səfərdə "Tuzlaspor"la qarşılaşıb. Oyun Bakı vaxtı ilə saat 14:30-da başlayıb. Namiq bu matçda əsas heyətində yer alıb və 90 dəqiqə meydanda olub. 49-cu dəqiqədə futbolçumuz komandasına penalti qazandırsa da, Brunonun zərbəsini qapıçı qaytarıb. Oyun 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, Bursa təmsilçisi 6 oyundan 5 xalla turnir cədvəlində 14-cü yeri tutur.

Əlavə edək ki, ötən tur "Samsunspor"la matçda (4:1) Namiq 2 qolun ötürməsini etmişdi.

Digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası "Keciorengücü" isə 6-cı turda oyununu sabah keçirəcək. Onlar "Balıkesirspor"un qonağı olacaqlar.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI