Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SON DƏQİQƏ! Ermənistanın iki vətəndaşı Azərbaycan ərazisinə keçdi

19 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sentyabrın 18-də saat 21:00-da Ermənistanın Kotayk bölgəsinin Kasax icmasının iki sakini Gorus-Vorotan yolu boyunca hərəkət edərkən magistraldan çıxıblar və Azərbaycanın nəzarəti altında olan əraziyə keçiblər.

Press.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hazırda Ermənistan MTX və Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları onların tapılması istiqamətində iş aparır.

Kasax icmasının rəhbəri Ara Mkrtçyan bildirib ki, yolunu azanlar ordudan yenicə tərxis olunmuş 2 gəncdir və onlar əsgər yoldaşlarını ziyarət etmək istəyərkən Azərbaycan ərazisinə keçiblər.

Axtarışların nəticəsi barədə əlavə məlumatın veriləcəyi qeyd olunur.

Oxşar xəbərlər
OTACI