Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan: "Türkiyə heç kimin qapısının qulu deyil"

19 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Türkiyədə hazırda 4,5 milyon miqrant var. Bu məsələdə ən çox əziyyət çəkən ölkə də Türkiyədir".

Press.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiryakos Miçotakisin açıqlamasına münasibət bildirərkən deyib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə miqrantlar məsələsində lazım olan addımların atılmasını gözləyir:

"Miçotakisin ABŞ-da görüş istəyini qarşılayacağıq. Təəssüf ki, verdiyi bu açıqlamada arzuolunmaz ifadələr var. Bununla bağlı Xarici İşlər Nazirliyimiz lazımi izahat verib. Bu işdə nə qədər səmimi olduqlarını və müqavimət göstərəcəklərini görəcəyik. Türkiyə heç kimin qapısının qulu deyil. Qarşımızda vicdanla atılacaq addımları görməliyik".

Əfqanıstana humanitar yardımla bağlı sualı cavablandıran R.T.Ərdoğan vurğulayıb ki, insani yardımlarda Türkiyənin heç bir tərəddüdü yoxdur.

Oxşar xəbərlər
OTACI