Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabirabadda “QAZel” AŞDI

18 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabirabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Press.az xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb.

Belə ki, rayonun Zəngənə kənd sakini, 1982-ci il təvəllüdlü Süleymanov Raqif Fərhad oğlu “QAZel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)

Oxşar xəbərlər
OTACI