First slide

Şuşada Beynəlxalq Musiqi Festivalı başladı

18 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Şuşa şəhərində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı olub.   

Press.az xəbər verir ki, Üzeyir Hacıbəylinin ad günündə keçirilən festival dahi bəstəkarın heykəlinin ucaldığı parkda baş tutub. Festivalda mədəniyyət və incəsənət xadimləri, tanınmış şuşalılar iştirak edirlər. 

Qeyd edək ki, 18-24 sentyabr tarixlərini əhatə edəcək sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Festivaldə Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.

Oxşar xəbərlər
OTACI
OTACI