Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistanda hərbi qulluqçu həbs edildi

18 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan ordusunun hərbçisi, 1978-ci il təvəllüdlü çavuş Mkrtiç Ovakimyanın ölümündə təqsirləndirilən hərbi qulluqçu həbs edilib.

Press.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

"İstintaq və digər prosessual hərəkətlər zamanı hadisənin təfərrüatları məlum olub, eləcə də eyni bölmənin hərbçisi olduğu iddia edilən cinayətkarın kimliyi ortaya çıxıb", - məlumatda deyilir.

Qeyd edək ki, hadisə sentyabrın 13-də, saat 22 radələrində ölkənin cənub-şərqindəki hərbi hissədə baş verib. M.Ovakimyan odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb. O, sonradan vəfat edib.

Hadisə təlim zamanı baş verib və daha bir hərbçi - Yerevan sakini, 36 yaşlı Leon S. yaralanıb.

Oxşar xəbərlər
OTACI