Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir”- Millət vəkili

17 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. 

Press.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsidir. Onun sözlərinə görə, həftəsonları ictimai nəqliyyatın işləməməsinin məntiqi izahı yoxdur. İctimai nəqliyyatın işləməməsindən isə ən çox əziyyəti aztəminatlı ailələr çəkir.

Millət vəkili düşünür ki, problem öz həllini tapmazsa, məktəblər açılanda vəziyyət daha da ciddi hal alacaq.

Fazil Mustafa təklif edir ki, vəziyyətdən çıxış yolu kimi həftəsonu avtobusların iş saatı azaldıla, ictimai nəqliyyat saat 18:00-a qədər işləyə bilər.

O, bu məsələni parlamentin payız sessiyasında gündəmə gətirəcəyini deyib.

 

Oxşar xəbərlər
OTACI