First slide

Çörək əvvəlki qiymətinə qaytarıldı

17 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda çörəyin qiymətini artıran şirkətlər sabahdan köhnə qiymətə qayıdacaqlar.

Bu barədə “Nömrə 1” çörək firmasının satış müdiri Rahim Nizaməddinov məlumat verib.

O bildirib ki, çörəyin satış qiyməti aşağı salınıb.

“Bəzi çörəklərimiz 5, bəziləri isə 10 qəpik bahalaşmışdı. İndi biz onların qiymətini əvvəlki vəziyyətə qaytardıq”, - o bildirib.

Qeyd edək ki, son günlər ölkədə bəzi firmalar tərəfindən çörəyin qiyməti növündən asılı olaraq 5-10 qəpik artırılıb. Çörəyin qiymətində artım edən digər şirkətlər də sabahdan satışı əvvəlki qiymətlərlə həyata keçiriləcək.

Oxu.az

Oxşar xəbərlər
OTACI
OTACI