Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Peşə hazırlığında tətbiq edilən yeniliklərlə bağlı təlim keçirilib

17 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Peşə hazırlığı prosesinin təşkili ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı, Göyçay, Gəncə Peşə Hazırlığı Mərkəzlərinin və Ərazi Məşğulluq Filiallarının əməkdaşları üçün “Modul strukturlu və səriştə əsaslı tədris proqramlarının və tədris planlarının tərtib olunması” mövzusunda təlim keçirilib.

Nazirlikdən Press.az-a verilən məlumata görə, təlimdə iştirakçılara peşə hazırlığı prosesinin “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na uyğun olaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi üzrə həyata keçirilməsi, aktual peşələr (və ya ixtisaslar), elecə də onların modul strukturlu və səriştəəsaslı tədris proqramlarının və tədris planlarının tərtib olunması qaydası izah edilib və müzakirələr aparılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili” qaydasına edilmiş dəyişikliyə əsasən peşə hazırlığı dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.

Dəyişikliklərə uyğun olaraq peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, effektivliyinin artırılması, eləcə də işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onların aktiv əmək bazarına cəlb edilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyi tərəfindən irimiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Oxşar xəbərlər
OTACI