First slide

Ali məktəblərin böyük auditoriyalarında mühazirələr onlayn keçirilə bilər

17 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Pandemiyanın davam etdiyini nəzərə alaraq ali təhsil müəssisələrinin böyük auditoriyalarında çox sayda tələbənin oturmasının əleyhinəyik. Ali məktəblərin təklif verməsini gözləyirik. Alternativlər universitet rəhbərlikləri ilə müzakirə olunur".

Press.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elmi, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Şöbə müdirinin sözlərinə görə, təkliflər təxminən ondan ibarətdir ki, mühazirə dərslərində auditoriyada tələbələrin sayı çoxdursa, bu halda həmin dərslər onlayn keçirilsin: "Yaxud da bir çox universitetlər təklif edir ki, təhsil növbəli şəkildə olsun. Onlar hesab edirlər ki, auditoriyada böyük kütlənin toplanmasının qarşısı alınacaq. Ona görə də bu işi böyük ehtimalla, Təhsil Nazirliyi ilə razılaşdırmaq şərti ilə universitetlərin öz öhdəsinə buraxacağıq ki, təklif etdikləri həll yollarını icra etsinlər".

O həmçinin xatırladıb ki, ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədrisin təşkili qaydaları ilə bağlı yaxın günlərdə Nazirlər Kabinetinin mövcud "Xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı" qərarına dəyişikliyin qəbul edilməsi gözlənilir.

Oxşar xəbərlər
OTACI
OTACI