Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağrıdağda Bakının işğaldan azad edilməsi qeyd edilib - Fotolar

17 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü ilə Bakının  işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib.

Bu barədə Press.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. 

Yürüş iştirakçıları qarşısında çıxış edən dərnək sədri Ziya Zakir Acar bildirib ki, Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsi günü ilə əlaqədar hər il müxtəlif tədbirlər keçirilir. Dərnək üzvlərinin ötən il Tekelti dağına, bu il isə Ağrıdağa təşkil etdikləri yürüş Qafqaz İslam Ordusunun döyüşçülərinə sonsuz ehtiramın  təcəssümüdür.

Dərnək sədri Qafqaz İslam Ordusunun qəhrəmanlıq ənənələrini davam etdirən şanlı Azərbaycan Ordusunun ötən il, 44 gün ərzində işğalçı Ermənistanın ordusunu darmadağın edərək əzəli Azərbaycan torpaqlarını azad etdiyini xatırladıb və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan parlaq Zəfərin bütün Türk Dünyasını qürurlandırdığını qeyd edib.

 

Oxşar xəbərlər
OTACI