Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DYP-dən həftəsonu sərnişindaşıma ilə məşğul olanlara növbəti dəfə XƏBƏRDARLIQ

17 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftənin sonlarında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə növbəti dəfə xəbərdarlıq edib.

BDYPİ-dən Press.az-a daxil olan məlumatda deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində həftəsonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb. Lakin bu vəziyyəti fürsət bilən bəzi sürücülər həftəsonları əsasən mikroavtobus tipli nəqliyyat vasitələri ilə sərnişin daşınması qaydalarını pozaraq qeyri-qanuni fəaliyyət göstərirlər və bununla da infeksiyanın yayılmasına şərait yaradırlar.

Qanunsuz daşımalarda iştirak edən sərnişinlər belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə alsınlar və yollarda çətinliklərlə üzləşməmək üçün vacib işlərini həftəsonlarına saxlamasınlar.

Bir daha aidiyyəti şəxslərin nəzərinə çatdırırıq ki, sərnişindaşımada, eləcə də taksilərdə tələb olunan qaydaların pozulmasına görə ciddi inzibati tənbeh tədbirləri görüləcək".

Oxşar xəbərlər
OTACI