First slide

Bu yollarda sıxlıq müşahidə olunur - Siyahı

17 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Səhər saatlarında paytaxtın əksər yollarında sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Press.az-a verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti – əsas və kənar yol, Atletlər kəndinin qarşısından Heydər Əliyev Mərkəzi istiqamətində;

2. Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində;

3. Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti ilə kəsişmədə;

4. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündə;

5. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində;

6. Koroğlu Rəhimov küçəsi – Həsən Əliyev küçəsi istiqamətində;

7. Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində. 

Oxşar xəbərlər
OTACI
OTACI