Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyadan Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına REAKSİYA

16 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gorus-Qafan yolunda Azərbaycan tərəfinin İranın yük avtomobillərini saxlamasına münasibət bildirib.

Press.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, onlar Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı məntəqələrindəki vəziyyəti diqqətlə izləyirlər.

“Varatan kəndi yaxınlığındakı vəziyyətin inkişafı bir daha Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinə tezliklə başlanmasının vacib olduğunu təsdiq edir. Bu barədə Rusiyanın təklifi həm Bakıya, həm də İrəvana təqdim olunub. Biz bundan sonrakı kursun formalaşması üçün cavab gözləyirik”, - deyə XİN rəsmisi vurğulayıb.

Oxşar xəbərlər
OTACI