Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda "Qanlı göl" ətrafında insan sümükləri tapıldı

16 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Yasamal rayonunda 3 ədəd insan skeleti aşkar olunub.

Bu barədə Press.az-a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.

O qeyd edib ki, “Qanlı göl”ün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələri aşkar edilib.

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.

İş üzrə məhkəmə-tibb ekspertiza təyin edilib.

Faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI