Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşinyan ETİRAF ETDİ: "Azərbaycan tərəfi həmin məqamdan istifadə edir"

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanının sərhədlərinə çəkilib. Bu addım yeni hərbi gərginlikdən qaçmaq üçün atılıb”.

Press.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bununla da sovetdən qalma inzibati sərhəd dövlət sərhədinə çevrilib: “Gorus-Qafan avtomobil yolu iki yerdə Ermənistan Respublikası və ya Sovet Ermənistanı ərazisindən çıxır. Məhz buna görə də məlum rayonlarda hamının gördüyü lövhələr quraşdırılıb və dayaq məntəqəsi yaradılıb”.

N.Paşinyan bildirib ki, 2020-ci ilin dekabrında bu yoldan nəqliyyat vasitələrinin tranziti kimi istifadə edilməsinə dair razılıq əldə olunub: “Razılaşmanın mətnində xarici ölkələrə məxsus yüklərin daşınması nəzərdə tutulmadığından, ehtimal edirəm ki, bu şəraitdə Azərbaycan tərəfi həmin məqamdan istifadə edir”.

Oxşar xəbərlər
OTACI