Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gədəbəydə karantin rejimini pozan çay evi aşkarlanıb

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Press.az-a verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Slavyanka kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb. Obyekt sahibi Elşən Əliyev və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Oxşar xəbərlər
OTACI