Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazi: "Qarabağa yarımçıq qalmış sözümüzü yerinə yetirməyə getdik"

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlamağa davam edir.

Press.az xəbər verir ki, Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın və ərazisi işğaldan azad olunmuş digər rayonların sakinləri möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər.

Növbəti videoçarxlarda Laçın rayonundan Fəxrəddin Paşayev, Füzuli rayonundan, qazi Adil Quliyev və bir neçə gün öncə Şuşa şəhərinə səfər edən sakinlərin fikirləri yer alıb.

F.Paşayev bildirib ki, Laçın, Kəlbəcər və Ağdamın bir güllə atılmadan azad olunması Azərbaycanın strateji gücünün göstəricisidir: "Bu, xalqın iqtidarla birliyinin təcəssümüdür. Laçın azad olunan gün səhərə qədər gözümə yuxu getməyib. Ancaq o yerlərə gedəcəyim günün xəyalını qururdum".

I və II Qarabağ müharibəsinin qazisi Adil Quliyevin sözlərinə görə, Vətən müharibəsinin ilk günündə vətənin müadafiəsinə qalxmaq üçün könüllü şəkilə müraciət edib: "Qarabağa yarımçıq qalmış sözümüzü yerinə yetirməyə getdik. Kəndimizə çatanda az qalsın həyəcandan ürəyim dayanacaqdı. Bu güc erməni işğalçılarını ağ bayraq qaldırmağa məcbur etdi".

Videolayihə əsasında çəkilişlər davam etdirilir.

 

Oxşar xəbərlər
OTACI