Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kürdəmirdə qardaş bacısını qətlə yetirib

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kürdəmir rayonunda qətl hadisəsi olub.

Report-un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini Şıxəliyev Xəyal Təbriz oğlu aralarında yaranan ailə münaqişəsi zəmnində bacısı, 35 yaşlı Nəsirova Dilarə Təbriz qızına çoxsaylı bıçaq xəsarəti yetirib.

Ağır xəsarətlər alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

D.Nəsirovanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI