Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdamın Zəngişalı kəndində 640 şagird yerlik məktəb binası istifadəyə verilib-FOTO

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sentyabrın 15-də Ağdam rayonunda əsaslı təmir olunan Zəngişalı kənd tam orta məktəbinin binası istifadəyə verilib.

Məktəb binasının açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak ediblər.

Press.az xəbər verir ki, əsaslı təmir işləri aparılan məktəb 640 şagird yerlikdir. Təhsil müəssisəsi sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman və akt zalları, kitabxana, bufet və sair otaqlardan ibarətdir. Məktəbin həyətində nasosxana, qazanxana və transformator yarımstansiyası, içməli və yanğın əleyhinə su anbarları tikilib, hasarlar yenidən qurulub. Həyətdə, həmçinin idman meydançası inşa edilib, abadlıq işləri aparılıb. Məktəb binasında istilik, müşahidə, siqnalizasiya sistemləri qurulub. Təhsil ocağı lazımi inventar və avadanlıqlarla təmin olunub.

Məktəbin qarşısında şəhid Samir Abdinovun büstü qoyulub.

2021-2022-ci tədris ilində təhsil müəssisəsində 314 şagird oxuyacaq, məktəbəhazırlıq qrupunda isə 15 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Məktəbdə 41 nəfər pedaqoji işçi çalışır.

Qonaqlar məktəbin qarşısında şəhid Samir Abdinovun büstü önünə əklil qoyub, sonra təhsil ocağında yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.

Oxşar xəbərlər
OTACI