Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Avtobusda kitab oxu” adlı sosial aksiya keçirilib-FOTO

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabunçu Gənclər Evi və Bakı Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində “Avtobusda kitab oxu” adlı flaşmob formatında sosial aksiya keçirilib.

Sabunçu Gənclər Evinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, 15 sentyabr - Bilik Günü ilə əlaqədar keçirilən aksiyanın əsas məqsədi nəqliyyat vasitələrində itirilən zamanın səmərəli dəyərləndirilməsidir. Aksiyada iştirak edən Sabunçu Gənclər Evinin könüllüləri avtobus və dayanacaqlarda sərnişinlərə kitab hədiyyə edərək onları kitab oxumağa çağırıblar. Gənclərimiz, həmçinin yol boyu sosial mesaj ötürmək məqsədilə kitab oxumaqla yanaşı, mobil telefonlardan istifadə ediblər.

Sabunçu Gənclər Evi Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.

 

 

Oxşar xəbərlər
OTACI