logo
First slide

“OBA Market”in filial administratorunun cinayət işi məhkəməyə göndərilib

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“OBA Market” MMC-nin Alatava-1 filialının administratoru Nicat Dadaşovun qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ibtidai istintaqla Nicat Dadaşovun 02.12.2019-cu il tarixdən 28.05.2020-ci il tarixədək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən administratoru olduğu müəssisənin büdcəsindən ümumilikdə 9 min 519 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Nicat Dadaşova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İş üzrə vurulmuş ziyanın 3 min 900 manat hissəsi ibtidai istintaq dövründə ödənilmiş, qalan məbləğin də ödənilməsinə dair tərəflər arasında müqavilə bağlanılmışdır.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.

report

Oxşar xəbərlər
OTACI
OTACI