Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda çörəyin qiyməti bahalaşdı - Foto

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün səhər saatlarından etibarən marketlərdə bəzi növ çörəklərin qiyməti bahalaşıb.

Bu barədə alıcılar məlumat verib. Bildirilir ki, əvvəllər 55-59 qəpik civarında alınan doğranmış çörəklərin qiyməti hazırda 70 qəpikdir.  Qiymətlərində dəyişiklik edilən məhsullar isə əsasən “Çörəkçi” və “Nömrə 1” şirkətlərinə məxsusdur.

“Nömrə 1” şirkətinin nümayəndəsi saytımıza açıqlamasında qiymətlərdəki artımı təsdiqləyib: "Artım marketlər tərəfindən süni qaldırılmayıb, şirkət təbii səbəblərə görə qiyməti qaldırıb”.

Supermarketlər də çörəyin qiymətindəki bahalaşmanı saytımıza təsdiqləyiblər.

Xatırladaq ki, ölkədə bu ilin fevralın ikinci yarısında da satışda olan bəzi çörəklərin qiyməti təqribən 20 faiz bahalaşmışdı. 

 

Oxşar xəbərlər
OTACI