Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşinyan hakimiyyəti deputatlara qarşı

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan rəhbərliyi nəyin bahasına olursa-olsun, “Ermənistan” fraksiyasını zərərsizləşdirməyə çalışır.

Press.az xəbər verir ki, bunu öz mənbələrinə istinadən “Joxovurd” qəzeti yazıb. 

Nəşr bildirir ki, hakimiyyətin əsas məqsədi hazırda həbsdə olan millət vəkillərinin öz mandatlarından imtina etmələrinə və siyasətdən getmələrinə nail olmaqdır. 

Mənbənin verdiyi məlumata görə, Ermənistan hakimiyyəti hazırda həbsdə olan sabiq deputat, həkim Armen Çarçyanın zərərsizləşdirilməsinə və onun siyasətdən sıxışdırılmasına başlayıb. Qeyd olunur ki, A.Çarçyanın vəziyyəti çox ağır olaraq qiymətləndirilsə də, o, hələ də həbsdə saxlanılır. 

Ermənistan rəhbərliyinə yaxın olan bir mənbə bildirib ki, hakimiyyət bu yaxınlarda Çarçyanı siyasətdən getməyə razı salmaq üçün yanına bir nəfər göndərib. Göndərilən şəxs isə qondarma rejimin “Təhlükəsizlik Şurası”nın “katib”i Vitaliy Balasanyan olub.

Bildirilir ki,  Balasanyan Çarçyanı deputat mandatından imtina etməyə və tibb ilə məşğul olmağa çağırıb. Balasanyan qeyd edib ki, Çarçyan siyasətdən getməyə razı olduğu təqdirdə hakimiyyət ona qarşı başladılan cinayət işini unudacaq. Buna baxmayaraq, Çarçyan bu təkliflə razılaşmayıb.

Qəzet, həmçinin qeyd edir ki, məsələni araşdırmaq üçün Vitaliy Balasanyan

Oxşar xəbərlər
OTACI