Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Manaf qalmaqallı açıqlamasına aydınlıq gətirdi - Video

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müğənni Manaf Ağayev 2019-cu ildə ARB TV-nin efirində səsləndirdiyi və son günlər gündəmə gələn “Deməyəcəklər ki, bu (müğənni-red.) nə gündədir, metro ilə gedir” sözlərinə aydınlıq gətirib. 

Press.az xəbər verir ki, ifaçı bununla bağlı instaqramda videomüraciət yayıb.

M. Ağayev bildirib ki, özü və qohumları metrodan çox istifadə edib:

"Məni tanıyan bilir ki, hər zaman yetim-yesirin, kasıbın yanında olmuşam. Kasıba lağ etmərəm. Özüm kasıb olub, yataqxanadan gəlmişəm. İki sevdiyim nəqliyyat var: metro və təyyarə. Gəncliyim metroda keçib. Beş il unviersitetdə oxumuşam, metro ilə gedib gəlmişəm. Bu gün də qohum-əqrabam metroya minir. Qardaşım, bacım balaları tələbədir və dərsə metro ilə gedirlər. Guya metroya minəni təhqir etmişəm. Demək, öz nəslimi təhqir etmişəm? Mənimkilər hamıdan çoxdur. Dəliyəm, bu yaşımda belə söz deyim?

Dörd il əvvəl Tolikin verilişində dedilər ki, bir müğənni deyir metroya minmərəm. Cavab verdim ki, metro çox gözəldir. Amma nə dərəcədə düzdür ki, tanınmış müğənni gecə geyimində, salondan çıxıb metroya minib tədbirə gedir. Baxan deyəcək 2-3 manatı yoxdur taksiyə minib getsin? Təhqirdi bu?”

 

Müğənni bildirib ki, neçə vaxtdır ona qarşı qara piar aparılır:

“Bilirəm bunu kim edir. Bunun sonu yaxşı olmayacaq. Əsəbim yerində deyil. Bu yaşa gəlib özümü söydürüm? Söyüş söyənin 5-10-nunu tapmışam. Deyir, əmi qələt elədim. Pərdəarxası şirə dönürlər. Normal adam söyüş söyməz. Normal adam gəlib görüşər. Bu da onun başı üçün deyil. Özünə hörmət edən kişi sosial şəbəkədə belə şey etməz”.

“Mən belə söz deməmişəm. Allah onu yazanın bəlasını versin. Belə yox, başqa cür danışmalı idim. Amma 1 milyon izləyicim var, özümü cilalamışam. Özümü təmkinləyirəm ki, xalq inansın, elə səhv etmərəm”, - deyə M. Ağayev fikrini yekunlaşdırıb.

Müğənninin 2019-cu ildə dediyi sözləri olduğu kimi təqdim edirik:

Oxşar xəbərlər
OTACI