Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlik rəsmisi: “Koronavirusun daim yeni mutasiyaları yaranacaq”

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Birinci doza vaksini vurdurduqdan sonra ikinci dozanı vurdurmayan şəxsin uzun müddətdən sonra vaksin üçün yenidən müraciət etməsi qüvvətləndirici dozanı vurdurması demək deyil”.

Press.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O bildirib ki, həmin şəxs yenidən müraciət etdikdə ilk dozanı almış olacaq: “Sonradan mərhələli şəkildə ikinci və üçüncü dozanı qəbul etmiş olurlar”.

“Koronavirusun yeni mutasiyaları daim olacaq. Pandemiya hələ də davam edir. Nə qədər ki, pandemiyanın qarşısı alınmayacaq yeni mutasiyaların olması da qaçılmazdır. Buna görə də peyvəndləmə göstəricisi yüksək olmalıdır”, - o vurğulayıb.

Oxşar xəbərlər
OTACI