Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baş Prokurorluğun instaqramdakı səhifəsində növbəti sual-cavab sessiyası keçiriləcək

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sentyabrın 21-də saat 10:00-dan 13:00-dək Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, vətəndaşlar sessiyada iştirak edərək prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı maraqlandıqları mövzularda suallarla müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının prokurorluq orqanları müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun və aşkarlığın təmin edilməsi məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı suallar mütəmadi qaydada cavablandırılır.

Oxşar xəbərlər
OTACI