logo
First slide

Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 Sentyabr - Bilik günü münasibətilə payıaşım edib.

Press.az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz məktəblilər və tələbələr!

Sizi Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəli olsun və sizə çoxlu bilik, uğur və nailiyyətlər gətirsin! Sizin zəruri bilik və vərdişlər qazanmağınıza, istedad və qabiliyyətinizi inkişaf etdirməyinizə kömək göstərən bütün müəllimlərə təşəkkürümü bildirirəm! Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq, gözəl əhval-ruhiyyə və əla qiymətlər arzulayıram!".

Oxşar xəbərlər
OTACI
OTACI