Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Aİ-95” və “Aİ-98”in bahalaşması sürücülərin əksəriyyətinin büdcəsinə təsir etməyəcək - ARAŞDIRMA

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda bu gündən etibarən “Aİ-95” premium markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” super markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək.

Bu qiymət dəyişikliyinin əhalinin hansı qisminin büdcəsinə və nə dərəcədə təsir edə biləcəyi müzakirə mövzusudur.

İlk növbədə ölkəmizdə istifadə olunan avtomobillərin sayını və onların tələbə uyğun olaraq hansı yanacaq növündən istifadə istidfadə etdiyini aydınlaşdırmağa çalışdıq.

Press.az-in məlumatına görə, məsələni “oxu.az”a şərh edən nəqliyyat vasitələri üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, hazırda Azərbaycanda bir milyon yarım avtomobil vasitəsi istifadə edilir və onların böyük qismi (təxminən 800-900 min civarında) ömrü 10 ildən çox olan köhnə avtomobil vasitələridir.

Hansı ki, həmin avtomobillərdə “Aİ-95” markalı benzindən istifadə edilməsi mütləq deyil:

“Bu avtomobillərin bir qismi dizel yanacağı, digər qismi isə “Aİ-92” markalı benzinlə çalışır. “Aİ-95” və “Aİ-98” markalı yanacaq növlərindən gəlirləri orta və ortadan yüksək olan şəxslər istifadə edirlər.

Hazırda ölkədə ən çox tələb olunan yanacaq növü “Aİ-92” markalı benzindir. Ümumilikdə isə “Aİ-95” və “Aİ-98” markalı benzindən istifadə edən istehlakçıların faiz nisbətini götürsək bu, təxminən 25 faiz istehlakçı edir”.

Ekspertin sözlərinə görə, “Aİ-95” və “Aİ-98” markalı benzinin bahalaşması sürücülərin əksəriyyətinin büdcəsinə təsir etməyəcək

O bildirib ki, benzinin qiyməti tələb və təklifə bağlı olmaya bilər, hətta benzinə tələb yüksək olmadığı halda belə onun qiyməti yüksək ola bilər:

“Nəzərə almaq lazımdır ki, benzin xammal deyil. Benzin aşılanmış məhsuldur və o, çox qəliz texniki proseslərdən keçir. Bu sözlər xüsusilə də “Aİ-95” və “Aİ-98” markalı benzin növlərinə aiddir”.

Ölkəmizdə yerli istehsal olan yanacaq növlərinə və xaricdən idxal edilən “Aİ-95” və Aİ-98” markalı benzinə olan tələbi ölçmək üçün yerli istehsal benzin və dizelin, eləcə də idxal edilən yanacaq növlərinin həcmlərinə nəzər saldıq.

Dövlət Neft Şirkətinin illik hesabatına görə, 2020-ci ildə SOCAR-ın Emal kompleksinin neft emalı zavodunda 5 874 900 ton xam neft emal olunub.

Emal olunmuş xammaldan 1 166 800 ton avtomobil benzini, 2 032 300 ton dizel yanacağı istehsal edilib. İl ərzində satılmış neft məhsullarının 77 faizi daxili bazara, qalan 23 faizi isə ixrac olunub.

2020-ci ildə xaricdən 96 999 ton “Aİ-95” markalı benzin, 2 654 ton “Aİ-98” markalı benzin idxal edilib. Ümumilikdə ölkəyə 99 653 ton “Aİ-95” və “Aİ-98” markalı benzin gətirilib.

Belə ki, xaricdən idxal edilən premium və super markalı benzinin ümumi həcmi ölkədə istehsal edilən benzinin cəmi 8,5 faizini təşkil edib. Bu isə yerli istehsal benzinə tələbin daha yüksək olduğunu göstərir.

Oxşar xəbərlər
OTACI