Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tikinti aparılan ərazidəki ağaclar qeydiyyata alınıb

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göyçay rayonu, M.Hüseynzadə küçəsindəki yaşıllıq ərazidə tikinti işlərinin aparılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Press.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işlərinin aparıldığı və şam ağacının hasarın içərisində qaldığı müəyyən edilib.

“Əməkdaşlarımızın nəzarəti altında ağacın ətrafına çəkilən hasar sökülüb və ətrafdakı ağaclar qeydiyyata alınaraq nəzarətə götürülüb”.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkürünü bildirib.

Oxşar xəbərlər
OTACI