Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcək nümayəndə heyəti Azərbaycana gəlib

15 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İşğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcək növbəti beynəlxalq nümayəndə heyəti Azərbaycana gəlib. Bir neçə gün ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı zamanı törətdiyi müharibə cinayətlərini, mədəni abidələrin dağıdılması, həyata keçirilən ekoloji terroru yerində araşdıracağıq”.

Press.az-ın xəbərinə görə, bunu Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, səfərin yekununda isə bəyanatın qəbul olunması nəzərdə tutulur.

Qeyd edək ki, missiya İslam Əməkdaşlıq Təşkilatını (İƏT) təmsil edir.

Oxşar xəbərlər
OTACI