Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ölkəmizin 65 müəssisəsindən Rusiyaya alma ixracına icazə verilib

14 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həyata keçirilən birgə tədbirlərin nəticəsində “Rosselxoznadzor" tərəfindən bu il sentyabrın 14-dən daha 11 alma istehsalı müəssisəsindən həmin ölkəyə alma ixracına icazə verilib.

Qeyd edək ki, indiyə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 65 alma istehsalı müəssisəsindən ölkəyə məhsul ixracına icazə verilib. Rusiyaya alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 144 min 767 ton təşkil edir və bu, ötən il ərzində həmin ölkəyə ixrac olunan 66 min 924 ton alma məhsulunun 216 faizi həcmindədir.

azərtac

Oxşar xəbərlər
OTACI