Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Valideynlər hansı hallarda övladlarını məktəbə göndərməyə bilər? - AÇIQLAMA

14 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda valideynlər iki halda övladlarını məktəbə göndərməyə bilərlər.

Press.az-ın məlumatına görə, təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq.

Onun sözlərinə görə, həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər:

“İkinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir. Eləcə də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir".

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Oxşar xəbərlər
OTACI