logo
First slide

XİN: "Azərbaycan dünya ilə öz potensialını və təcrübəsini bölüşməkdən qürur duyur"

14 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycan inkişaf etməkdə olan bir donor ölkə olaraq, humanitar yardım və inkişaf yardım proqramları vasitəsi ilə inkişaf etməkdə olan dünya ilə öz potensialını və təcrübəsini bölüşməkdən qürur duyur. 10 illiyiniz mübarək, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA)...".

Press.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA ) yaranmasından 10 il ötür. Agentlik 2011-ci ilin sentyabr ayında XİN-in nəzdində təsis olunub. AIDA Azərbaycan dövləti tərəfindən göstərilən beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirir və yardım göstərilməsində iştirak edən bütün dövlət qurumlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini təşkil edir. AIDA dünyanın inkişaf etməkdə olan ölkələrində yoxsulluğun azaldılması, elm, mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, müxtəlif təqaüd proqramlarının, həmçinin digər humanitar və texniki layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Oxşar xəbərlər
OTACI
OTACI