Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda ana fiziki məhdudiyyətli uşağını niyə maşında qoyaraq gedib? - Səbəb açıqlandı - VİDEO

14 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda ana azyaşlı övladını maşında tək qoyaraq parka gedib. Köməksiz vəziyyətdə qalmış fiziki məhdudiyyətli oğlan uşağını polis əməkdaşları xilas edib.

Press.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Xətai rayonunda yeni salınmış Gənclik parkının girişində qeydə alınıb.

Avtomobillərin park olunduğu ərazidə vətəndaşlar maşında azyaşlı uşağın ağladığını görərək polisə xəbər veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə isə məlum olub ki, maşında qalan uşaq fiziki məhdudiyyətlidir. Xoşbəxtlikdən avtomobilin yan şüşəsi aşağı olduğundan azyaşlını xilas etmək mümkün olub. Daha sonra uşağın anası tapılaraq ona təhvil verilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının dediyinə görə, uşaq təxminən 2 saata yaxın avtomobilin içində qalıb. Polislər həmin qadınla söhbət də aparıblar. Onların sözlərinə görə, ana fiziki məhdudiyyətli övladını yanında daşıya bilmədiyi üçün maşında saxladığını bildirib.

Azyaşlının anası polis əməkdaşlarına həyat yoldaşından ayrıldığını və fiziki məhdudiyyətli övladını tək böyütdüyünü bildirib.

Qeyd edək ki, hadisənin görüntüləri əraziyə toplaşan insanlar tərəfindən çəkilib.

Oxşar xəbərlər
OTACI