Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir

14 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda turizm sahəsində bir sıra yeniliklər gözlənilir.

Press.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, “Turizm haqqında” yeni qanun layihəsində turizmin inkişafı ilə bağlı bir sıra məsələlər öz əksini tapıb. M.Quliyev bildirib ki, komitənin payız sessiyası çərçivəsində iş planında nəzərdə tutulan “Turizm haqqında” qanun layihəsi ötən sessiyadan hazırdır, lakin pandemiya şəraiti ilə bağlı müəyyən düzəlişlərə ehtiyac var.

Qanun layihəsinin əhəmiyyəti haqqında danışan M.Quliyev qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Qarabağ, Şərqi Zəngəzur azad edilib: “Azərbaycanın turizm əhəmiyyəti və eyni zamanda, ölkəmizə olan maraq artıb. Azərbaycanda turizm inkişaf edir, investisiyalar qoyulub. Daxili turizmin, o cümlədən kənd, ekoloji və aqrar turizmin inkişafı üçün turistik məkanların yaradılması, turistik xidmətlərin göstərilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanması, eyni zamanda evlərində turistləri saxlayacaq kənd adamlarının kurslara cəlb olunması və onlara turizm vərdilşərinin öyrədilməsi qanun layihəsində öz əksini tapıb.

Bundan başqa, qanun layihəsində turistik obyektlərə dövlət dəstəyi məsələsi də öz əksini tapıb. Ola bilsin ki, ilkin mərhələdə vergi güzəştlərinin edilməsi, güzəştli kreditlərin verilməsi kimi məsələlər nəzərdə tutulsun”.

Oxşar xəbərlər
OTACI