Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Erməni UAZ-la sərhədimizə girir, sonra da “oğurluq” bağırır?

14 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan sakini UAZ markalı maşınla ərazimizə daxil olub. Özü də etiraf edir ki, bizim Ordunun nəzarətində olan əraziyə girib, iddiasına görə orada yanacağı bitib, maşını qoyub gedib yanacaq gətirməyə, qayıdanda görüb ki, UAZ yerində yoxdur. Bunu bütün Ermənistan KİV-ləri “oğurluq” kimi qələmə verməyə cəhd edirlər.

Press.az xəbər verir ki, bu sözləri ReAL üzvü, ekspert Natiq Cəfərli erməni mediasında yayılan xəbərə münasibətində qeyd edib.

O bildirib ki, əslində gələcəkdə sürücüsüz, nəzarətsiz maşınlar ərazimizdə tapılsa, risk etmədən yerindəcə məhv edilməlidir:

“Çünki minalanmış, terror xarakterli təxribat, tələ ola bilər. Təbii ki, nəzarətsiz qalan, ərazimizdə tapılan maşın götürülməli, yoxlanılmalı idi, bunun "oğurluqla" nə əlaqəsi?!”

Ekspertin sözlərinə görə, son 26 ildə işğal ermənilərin başlarını o qədər havalandırmışdı ki, sərhəddin Tərtərdən, Ağcabədidən, Bərdədən, Gəncədən, Horadizdən başladığına inanmışdılar:

“İşğal etdikləri əraziləri özününkü hesab edirdilər, yollar çəkirdilər, bu ərazilərin heç vaxt Azərbaycana qayıtmayacağından əmin idilər. Ona görə indi şok yaşayırlar – 44 günlük Vətən savaşından öncə Gorusa, Qafana bizim ordunun nəzarət etdiyi torpaqlardan 150-200 km məsafə var idi, indi Ordumuz sərhəddə, Qafanın 3-5 km-də, Gorusun yaxınlığındadır, polisimiz isə bunların işğal zamanı bizim torpaqlarda inşa etdiyi yollarda post qurublar. Bu Ermənistanda ciddi psixoloji gərginlik yaradıb”.

Politoloq vurğulayıb ki, bu fakt bir daha bəzi boşboğazların “Onsuz da Ermənistan 7 rayonu qaytarırırdı da, daha niyə döyüşdük” çərənnəmələrinə əsl cavabdır:

“Ermənistan danışıqla bir kənd belə qaytarmayacaqdı, belə iddiada olanlar ağ yalan danışırlar, manipulyasiya ilə məşğuldurlar...”

Oxşar xəbərlər
OTACI