logo
First slide

Ağapyan: Azərbaycan polisi Xankəndiyə girəcək…

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın polisinin Gorus-Qafan yolunda post qurması və ölkəmizin ərazisindən keçən tranzit maşınları yoxlaması Ermənistanda yenə siyasi qüvvələrin bir-birinə qarı təzyiq və siyasi mübarizə alətinə çevrilib.

Press.az xəbər verir ki, erməni deputat Vahe Ağapyan bunu Azərbaycanın daha bir uğuru kimi qiymətləndirməklə bərabər, Ermənistan siyasi hakimiyyətini hədəf alıb:

“Azərbaycan bunu da bacardı. Hətta sabah Azərbaycan polisi İrəvanın mərkəzində avtomobilləri yoxlamağa başlasa belə, Ermənistanda heç kim təəccüblənməyəcək”.

O deyib ki, bu fakt Azərbaycanın polisinin yaxın vaxtlarda Xankəndidə peyda olacağını göstərir:

“Azərbaycan polisi Gorus-Qafan yolunda post qurmağı və nəzarət-buraxılış məntəqəsi yaratmağı bacardı. Onlar İran yük maşınlarını dayandırır, onları gömrük rüsumları və vergi ödəməyə məcbur edirlər. Necə deyərlər, bu, gözlənilən bir hadisə idi. Hazırda hamı Azərbaycan polisinin yaxın vaxtlarda Xankəndidə də post quracağını gözləyir”, - deyə erməni deputat bildirib.

Oxşar xəbərlər
OTACI
OTACI