Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Komitə sədri Özbəkistan aydınları ilə görüşdü - FOTO

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Özbəkistanın tanınmış aydınları - şair, "Kitab dünyası" qəzetinin Baş redaktoru Xasiyyət Rüstəm, araşdırmaçı-yazar Şöhrət Barlas (Salamov) və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla görüşüb.

Press.az xəbər verir ki, parlamentdə baş tutan görüşdə özbək aydınlarının Azərbaycanın haqq işinə verdiyi davamlı dəstək minnətdarlıqla qeyd olunub.

Komitə sədri özbək aydınlarının yalnız öz dəstəkləri ilə kifayətlənməyib, dünyanın dörd tərəfindəki nüfuzlu yazarların da Azərbaycanla həmrəylik bəyanatlarını təşkil etdiyini xüsusi vurğulayıb: "Siz 44 günlük Azərbaycan Vətən Mühribəsində, eləcə də, müharibəsonrası günlərdə Azərbaycana ciddi mənəvi dəstək göstərdiniz. Məşhur ifadə ilə desək, heç nə unudulmur, heç nə yaddan çıxmır. Sizə çox minnətdarıq! Sizin Qarabağ, ümumən Azərbaycan ünvanlı kitablarınız, müxtəlif platformalardakı çıxışlarınız bizimçün yüksək dəyər kəsb edir; heç şübhəsiz, gələcək nəsillər də Sizin əsərlərə bir qiymətli məxəz kimi yanaşacaqlar.

Sizi Azərbaycanda salamlamaqdan çox şadam. Xahiş edirəm, bizim salamlarımızı ailənizə, kollektivinizə, gözəl ölkənizə çatdırasız".

Komitə sədri qonaqlara Qarabağ motivli xatirə hədiyyələri və yenicə çapdan çıxmış "Addım-addım Özbəkistan" kitabını təqdim edib. Q.Paşayeva bu kitabı qardaş ölkənin dövlət müstəqilliyinin 30-cu ildönümünə bir könül töhfəsi adlandırıb.

Qonaqlar Q.Paşayevaya xoş sözlərə, təbriklərə və hədiyyələrə görə təşəkkür edib.

Qonaqlar özbək tətbiqi sənət ustaları və rəssamlarının xüsusi hazırladığı əl işlərini, o cümlədən Şuşa qalasını simvolizə edən əsəri, Nizami Gəncəvinin orjinaldan özbəkcəyə çevrilərək, nəfis tərtibatla nəşr edilmiş "Xəmsə"sini komitə sədrinə bağışlayıb.

Görüşdə Regional Hüquqi və İqtisadi maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova iştirak edib.

Oxşar xəbərlər
OTACI